Tokio, 10 aprel, AZƏRTAC.
Tokionun məşhur Şinguku rayonunda 52 metr hündürlükdə tanınmış kino personajı Qodzillanın baş hissəsi nin açılş mərasimi olub. Bu məşhur Hollivud qəhrəmanı turizm səfiri kimi, ölkəyə turistlərin cəlbində mühüm rol oynayacaq.
Şinguku rayonunda abidənin ucaldıldığı ərazidə 1954-cü ildə ilk dəfə Qodzilla haqqında film çəkmiş “Toho” studiyası yerləşir.
Açılış mərasimində Tokionun meri Keniçi Yoşizumi tərəfindən Qodzillaya şəhərin fəxri vətəndaşı haqqında şəhadətnamə təqdim olunub. Mer qeyd edib ki, Qodzilla Yaponiyanın fəxrinə çevrilmiş personajdır. Yeni abidə Yaponiya paytaxtına turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

