Milli.Az 4charx.com-a istinadən bildirir ki, Lyons Motor Car firmasında çalışan iddialı gənclər vəd edilən prototipi hazırlayıb çatdıra bilməyiblər. Şirkətin rəsmi açıqlamasında kuzov və salonda bəzi yarımçıq qalmış işlərdən bəhs edilir və bu səbəbdən də dünya premyerasının (yəni ən səs-küylü “mətbuat günlərində” nümayişinin) təxirə salındığı bildirilir.
Lakin internetdə bəziləri əslində layihə müəlliflərinin jurnalistlərin onlara verəcəkləri suallara cavab vermək üçün hazır olmadıqlarını qeyd edirlər. Əvvəllər məlumat verilmişdi ki, alüminium-karbon LM2 Streamliner 8,2 litrlik V8 mühərrik və hansısa innovasiyalı şassi elektron idarəetmə sistemi ilə təchiz edilib. Layons və şirkət 2,2 saniyədə ilk “yüzlüyə” sürətlənmə və 467 km/saat maksimal sürət vəd etmişdilər.
Milli.Az

