İdman ictimaiyyətinin nümayəndələri ilk Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirirlər
Tbilisi, 10 aprel, AZƏRTAC
Tbilisidə idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. Həm idmançılar, həm məşqçilər, həm də hakimlər üçün bütün şərait var. Çempionatı işıqlandıracaq jurnalistlər üçün də geniş imkanlar yaradılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində çempionatın münsiflər heyətinin üzvü, Azərbaycanın əməkdar idman xadimi, SSRİ idman ustası, dünya və Olimpiya oyunları hakimi Vahid Nəzərov söyləyib.
V.Nəzərov deyib ki, çempionatı idarə edəcək hakimlər və münsiflər heyəti nüfuzlu idman ustalarından təşkil olunub. Artıq hakimlər və münsiflər heyətinin üzvləri yarışın keçiriləcəyi zalı, idmançılar üçün yaradılan şəraiti öyrənib və hazırlıq işlərini yüksək qiymətləndiriblər.
V.Nəzərov qeyd edib ki, Tbilisidə görüşdüyü hakimlər, idman ictimaiyyətinin nümayəndələri iki aydan sonra keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına böyük maraq göstərirlər. İdman ictimaiyyətinin nümayəndələri ilk Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirirlər. Bu yarışlara hazırlıqla bağlı Azərbaycanda görülən işlər xüsusilə yüksək dəyərləndirilir. Onlar Azərbaycanı həm də idman ölkəsi kimi tanıdıqlarını bildirilər.
Əməkdar idman xadimi Azərbaycan idmançılarının Tbilisidən Vətənə qələbə ilə qayıdacaqlarına əmin olduğunu bildirib. “Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısı, gənclərə yaradılan şərait, məşqçilərimizin tələbkarlığı və idmançılarımızın yüksək əhval-ruhiyyəsi belə deməyə əsas verir”, - deyə o əlavə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33