MTRŞ əkiz bacıların efirdə pul cırmasını tənqid edib
Hesabatda qeyd edilir ki, bəzən verilişdə aparıcılar mahiyyətini doğru-düzgün anlamadıqları müxtəlif məsələlər barəsində qeyri-peşəkar, bəzən isə aqressiv, hətta müəyyən qızışdırıcı xarakterli fikirlər səsləndirirlər: "Verilişin aparıcıları canlı efirdən sui-istifadə edərək manatın devalvasiyası ilə bağlı qeyri-peşəkar şərhlər verir, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək əsası olmayan fikirlər səsləndirir, çağırışlar edirlər. Əslində isə peşəkar jurnalist və ya KİV orqanı prosesləri obyektiv dəyərləndirməyi, məsələlərə emosional deyil, soyuqqanlı, düşünülmüş yanaşma sərgiləməyi bacarmalıdır. Ən əsası isə rəsmi qurumların mövqeyini öyrənmədən, peşəkarlarla məsləhətləşmədən məsuliyyətsiz ifadələr işlədilməsi söz azadlığından sui-istifadə edildiyini ortaya qoyur. Bu, həmçinin verilişin yaradıcı heyəti və xüsusilə də aparıcının peşəkarlıq səviyyəsi ilə bağlı müəyyən şübhələr oyadır".
Hesabatda o da bildirilir ki, şou-bizneslə bağlı verilişlərdə milli-mənəvi dəyərlərə, efir etikasına zidd hallara yol verilməsi də neqativ hallardan biri kimi qeyd edilməlidir: "Ümumiyyətlə, bu cür hallara yol verməklə, yayımçılar "Televiziya və radio yayımı haqqında" qanunun 3-cü maddəsinin tələblərini (yayımçı öz fəaliyyətində insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əsaslanmalıdır) pozurlar".
"Efirdə bəzi aparıcıların həm efir mədəniyyətinin, həm də aparıcılıq səviyyəsinin aşağı olması da milli efirimizin çatışmazlıqlarındandır. Xüsusilə də aparıcılıq etmək üçün dəvət olunan populyar şəxslər (müğənnilər, aktyorlar və s.) sözügedən problemi bir qədər də aktuallaşdırır. Belə ki, onların efir təcrübəsinin olmaması, həmçinin bəzən özünü konsert səhnəsində aprırmış kimi şıltaqlıqları, bayağı hərəkətləri və sair efir mədəniyyətinə zidd olmaqla televiziya aparıcılığı ilə bağlı problemin qabarmasına gətirib çıxarır. Digər tərəfdən bu və ya digər verilişə aparıcılıq edənlərin bilik səviyyələrinin yetərincə olmaması da diqqəti çəkir. Belə ki, bəzən verilişlərdə aparılan müzakirələrə istiqamət verməli olan aparıcının xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, Azərbaycan coğrafiyası və sairə haqqında biliksizliyi, ümumi dünyagörüşünün azlığı verilişin maraqsız və keyfiyyətsiz şəkil almasına səbəb olur. Məsələn, "Xəzər" televiziyasında efirə gedən "Hər şey daxil" verilişinin müğənni aparıcıları Sevil və Sevinc bacıları əvvəlcə Azərbaycanın milli valyutasına etdikləri hörmətsizliklə, yəni efirdə 1 manatlıq əskinası cırmaqla, ardınca isə ölkə coğrafiyası barədə məlumatsızlıq (Balakən rayonunun Naxçıvan MR-də yerləşdiyini deməklə) nümayiş etdirməklə gündəmə gəliblər" - hesabatda qeyd olunur.
Bundan başqa, hesabatda Azərbaycanın efir məkanının mühüm problemlərindən birinin kanalların onlara verilən efir vaxtının sanballı efir məhsulları ilə doldura bilməmələri də vurğulanıb: "Belə ki, bəzən kanallar bu problemi aradan qaldırmaq üçün proqramlarda təkrarçılığa yol verirlər ki, bu da bir sıra hallarda xoşagəlməz nəticələrə səbəb olur. Məsələn, axşam saat 23.00-dan sonra yayımlanmış bu və ya digər veriliş gündüz saatlarında təkrar olunur. Bu zaman isə bir sıra hallarda gündüz saatlarında efirə verilməsi məqbul olmayan səhnələrin yayımlanması, ifadələrin səsləndirilməsi halları müşahidə olunur ki, bu da uşaq və yeniyetmələrin fiziki, əqli və mənəvi inkişafına ziyan vurma problemini aktuallaşdırır".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47