Avtomobillərin yan şüşələrində jalüzlərin istifadəsinə icazə veriləcək
Mayın 1-dən avtomobillərin arxadakı yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.
Milli.Az bildirir ki, ANS TV-nin məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin, yəni arxadakı yan şüşələrin işıq buraxma qabiliyyəti 70 %- dən az olmamalıdır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə də bildirdilər ki, Komitənin bu qərarı avtomobilin salonunda əyləşən insanların üzünə günəş şüalarının düşməməsi üçündür. Amma sürücülər bu qaydalara indi yox, vaxtında əməl etməlidirlər.
BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, bu qərarı bəzi insanlar ola bilsin ki düzgün başa düşməsin. Sürücülər bilməlidirlər ki, avtomobilin küləyə qarşı olan hissəsinə, yan şüşüələrə plyonka və pərdə çəkmək olmaz. Bu zaman sürücülər inzibati qaydada 150 manatdək cərimə olunacaqlar.
Qeyd edək ki, bu qərar, yəni avtomobillərdə jalüzlərdən istifadə mayın 1-dən noyabrın 15-dək qüvvədə olacaq.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

