Dövlət büdcəsindən maliyyələşən kanalların (AzTV və İTV) mədəni-maarifçilik istiqamətindəki fəaliyyət üçün kifayət qədər potensialı var. Lent.az-ın məlumatına görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri barədə hesabatda bildirilir.
"Onların "reklam dalınca qaçmadan, maarifləndirici və intellektual verilişlər hazırlamaq üçün" real imkanları mövcuddur. Bu mənada dövlət büdcəsindən maliyyələşən kanalların milli efirimizin daha da rəngarəng və cəlbedici olması, onların daha dinamik fəaliyyət göstərməsi, tamaşaçı auditoriyasının maraqlarını əks etdirən yayım proqramlarına malik olması günün tələbidir".- hesabatda qeyd edilir.