Qadın voleybolçuların Azərbaycan Superliqasında final mərhələsinə start verilib.

Metbuat.az-ın xəbərinə görə, ilk öncə üçüncülük uğrunda mübarizə aparan komandalar - "Azəryol"la "Azərreyl" - meydana çıxıblar. Görüş gözlənildiyi kimi, başdan-sona "yolçəkənlər"in üstünlüyü şəraitində keçib. Rəqibinə set verməyən "Azəryol" seriyada 1:0 önə keçib.

"Azəryol" - "Azərreyl" - 3:0 (25:22, 25:10, 25:16)