Paris, 10 aprel, AZƏRTAC
Bir qrup cinayətkar dəstə aprelin 9-dan 10-na keçən gecə məşhur Luvr muzeyinin qarşısında yerləşən Pale Royal meydanındakı zərgərlik malları satılan mağazanı qəraət ediblər. Səriştəli oğrular görüntülərinin alınmaması üçün müşahidə kamerasını sıradan çıxardıqdan sonra zirehli qapını sındıraraq içəri daxil olub və bahalı daş-qaş aparıblar.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisi mağazadan iki milyon avro dəyərində zərgərlik mallarının oğurlandığını bildirib.
Cinayətkar dəstənin tapılması istiqamətində iş aparılır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris