Kitabxanaçıların Quba-Xaçmaz zonası üzrə müşavirəsi keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Xaçmaz rayonunun tarix-diyarşünaslıq muzeyində kitabxanaçıların Quba-Xaçmaz zonası üzrə (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) müşavirəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində əsası qoyulan fəaliyyət istiqamətlərinin ardıcıl və davamlı inkişafının təmin olunması üçün kitabxanaların müasir dövrdə rolu, fəaliyyəti, problemləri, onların inkişaf perspektivlərini geniş şəkildə müzakirə etmək, mövcud vəziyyəti təhlil edib qiymətləndirmək və qarşıdakı vəzifələri müəyyənləşdirməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq qeyd edib ki, yaşadığımız informasiya cəmiyyətində informasiyanın bir yerə toplanıb saxlanılmasında kitabxanaların rolu və mövqeyi əvəzolunmazdır. Kitabxanalar informasiyanı toplayıb saxlamaqla yanaşı, əldə olunan informasiyanın təyinatı və tələbatı üzrə paylanmasını, çatdırılmasını bilavasitə yerinə yetirən və xalqla sıx əlaqədə olan sosial qurumlardır. Azərbaycan 20 ildən artıqdır ki, müstəqildir və müstəqil ölkədə digər sahələr kimi kitabxana işi də durmadan inkişaf edir, informasiya cəmiyyəti qurulur, milli şəbəkə infrastrukturu formalaşır. Əldə olunan bu nailiyyətlər şübhəsiz ki, dövlətin dəstəyi olmadan reallaşa bilməzdi.
Nazir müavini vurğulayıb ki, geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda on iki mindən çox müxtəlif tipli kitabxana mövcuddur. Onlardan 3 min 172-si Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə daxildir. Bizim kitabxanalarda 10 mindən çox insan çalışır, onlardan 8 min 285-i kitabxanaçı kadrlardır. Bu kitabxanalar 2 milyondan çox oxucuya xidmət edir. Kitabxanalar vasitəsi ilə oxucuların ixtiyarına 32 milyon 300 mindən çox ədəbiyyat verilib (kitab, CD, DVD, qəzet və jurnallar və s.).
Sonra çıxış edən nazirliyin kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova kitabxanaların vəziyyətinin geniş təhlili edib, onların nailiyyətlərindən, habelə nöqsan və çatışmazlıqlarından söhbət açıb. Statistik göstəricilər iştirakçıların diqqətinə slaydlar vasitəsi ilə çatdırılıb.
Qeyd olunub ki, müasir dövrdə kitabxanaların cəmiyyətdə rolu artmaqdadır. Region kitabxanalarının fəal inkişafı isə nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Müşavirdə “Əhalinin mütaliə marağının artırılması kitabxanaların fəaliyyətinin prioritet istiqamətlərindən biridir”, “Amerika guşəsində istifadəçilərə yeni xidmətlərin göstərilməsi”, “Fondların komplektləşdirilməsi günün ən vacib məsələsidir”, “Azyaşlı uşaqlar “danışan kitablar”la necə işləyir” və digər mövzularda məruzələr dinlənilib.
Zona müşavirəsinin iştirakçıları üçün “ALİSA” proqramının təqdimatı olub.
Müşavirənin sonunda iştirakçılara “Dünya kitabxanaları” slaydı nümayiş etdirilib.
Tədbirdə kitabxanaçılara tövsiyə və məsləhətlər verilib, onlar bir-biri ilə təcrübə mübadiləsi aparıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47