“Huffington Post” portalı birinci Avropa Oyunlarından bəhs edən məqalə yayıb
London, 10 aprel, AZƏRTAC
ABŞ-ın Böyük Britaniyada da fəaliyyət göstərən məşhur “Huffington Post” xəbər portalında “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən məqalə yayılıb.
Məqalənin əvvəlində müəllif üç ay ərzində paytaxt Bakının Avropa idmançıları ilə dolu olacağını qeyd edib. Bildirilib ki, Birləşmiş Krallıq “Pekin-2008”dən sonra ilk dəfə olaraq ən çox idmançı heyəti ilə Bakıda iştirak edəcək. Məqalədə Britaniyadan yarışlarda müxtəlif idman növləri üzrə iştirak edəcək atletlər haqqında məlumat verilib. Qeyd edilib ki, 160-170 idmançı heyəti ilə iştirak edəcək Böyük Britaniya komandasında boks üzrə Olimpiya çempionu Nikola Adamsın və “London-2012” Olimpiadasında gümüş medal qazanmış Gemma Gibbonsun da iştirakı gözlənilir.
Diqqətə çatdırılıb ki, “Bakı-2015”də 50 Avropa ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. Sərfəli bilet qiymətləri insanların yarışları canlı izləməsinə imkan yaradacaq.
Qeyd edilib ki, Oyunların açılış mərasimində Azərbaycanın müasirliyi və ənənəviliyi özündə birləşdirən zəngin mədəniyyəti nümayiş etdiriləcək. Avropa Oyunlarının möhtəşəm əzəməti ilə birgə qonaqlar multikulturalizmin mərkəzi sayılan paytaxt Bakından da zövq alacaqlar. Tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin yaşadıqları Bakıda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan onlarla möhtəşəm tarixi abidələr var.
Məqalədə Avropa Oyunlarına hazırlıq işlərindən də bəhs edilib. Bununla əlaqədar nəqliyyat, infrastruktur və digər təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyi diqqətə çatdırılıb. Müəllif paytaxt Bakının artıq dünya idman şəhərləri sırasında öz yerini tapdığını vurğulayıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33