Xalq artisti İlhamə Quliyeva yenidən həmkarlarına od pükürüb. Qafqazinfo-nun məlumatına görə, “ATV maqazin” verilişinə açıqlamasında primaddona həmkarlarını yalandan uzaq olmağa çağırıb:
 
“Hörmətli adam sayıldığım üçün mənə zəng edib deyirlər ki, filan kəsə deyin özünü yığışdırsın, ailə dağıdır. Yekə arvaddır, soyunub hovuza girib klip çəkdirir. O adamın nə ilə məşğul olduğu ilə maraqlanmaq lazım deyil, hər şey ortadadır. Bakı balaca şəhərdir. Ağıllarını başlarına yığsınlar, insanları yalan söhbətlərlə aldatmasınlar. Yaşları çox, başları boşdur. Heç kim mənə heç nə edə bilməz. Çox danışsalar, dəhşətli şeylər danışacam. Mənim sözlərimdən kimin qohum-əqrəbası ayağa qalxıbsa, gəlsin, gözləyirəm. Əlimdə faktlar var, qabaqlarına qoyacam”.
 
İlhamə Quliyeva “Qızıl güllə” adlı film çəkdiyini də bildirib.

Milli.Az