Bakı, 10 aprel, AZƏRTAC
Respublika Şahmat Mərkəzində 2005–2006–cı il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda 59 idmançı (26 qız) iştirak edir. Yarışlar beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilir.
Birincilikdə oğlanlar arasında ilk dörd yeri tutan, qızların yarışında isə 1-5-ci pillələrdə qərarlaşan idmançılar mayda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.