Daşkəsən, 10 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na həvəslə qoşulan daşkəsənlilər növbəti ağacəkmə aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin, eləcə də təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdikləri aksiya çərçivəsində magistral yol kənarında Daşkəsənin iqliminə uyğun 4 minədək ağac əkilib.