Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da “Microsoft Azerbaijan” və “incadea” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçirilib. Seminar avtodiler, satış və maliyyə menecerləri, xidmətin idarə olunması və müştəri xidmətləri nümayəndələri, həmçinin biznes rəhbərləri və sahibləri üçün təşkil olunub.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “incadea Russia” şirkətinin baş direktoru Vitold Kovalski seminar iştirakçılarına şirkətin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, “incadea” şirkəti avtomobillərin topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr üçün həllər və xidmətlərin aparıcı qlobal tədarükçüsü olaraq BMW, “Volkswagen”, “Opel”, “Peugeot”, “Mercedes-Benz”, “Ford”, “Audi”, “General Motors”, “Ferrari”, “Citroen”, “Renault” və bu kimi dünyaca məşhur brendlərlə əməkdaşlıq edir.
“Biz “Microsoft” korporasiyasının strateji və qlobal tərəfdaşıyıq. Hazırda şirkətimiz 77 ölkə üzrə 3 500 diler və 45 mindən çox istifadəçiyə xidmət göstərir. Bizim məhsullarımız istifadəçilərə 25 dildə təqdim olunur”, - deyə V. Kovalski qeyd edib.
Avtobiznesin idarə olunması üçün IT həllərdən danışan V. Kovalski vurğulayıb ki, “incadea” şirkəti “Microsoft” platforması üzərində avtobiznesin kompleks avtomatlaşdırılması üçün “incadea.myengine”, “incadea.bi” və “incadea.cvrm” kimi həlləri təklif edir. “Microsoft Dynamics NAV 2009” platformasının ən son versiyası əsasında hazırlanmış “incadea.myengine” məhsulu şirkətin resurslarının planlaşdırılması üçün nəzərdə tutulmuş standart proqram təminatıdır. Bu proqram təminatından platforma qismində istifadə edən “incadea” şirkəti avtomobil bazarında fəaliyyəti əhatə edən hərtərəfli biznes prosesləri paketini hazırlayıb. “incadea.myengine” əsas proseslərdən başqa (avtomobil parkının, ehtiyat hissələri və servis, mühasibat işlərinin idarə olunması) idxalçının fəaliyyətinin idarə olunması, servisin planlaşdırılması, kassa aparatının işinin təşkili və digər əlavə modulları özündə birləşdirir.
“Yeni “WebService” texnologiyası “incadea.myengine” və “Microsoft”un digər proqramları arasında məlumat mübadiləsini asanlaşdırır və sürətləndirir. Beləliklə, şirkətin təqdim etdiyi “incadea.myengine”, “incadea.bi” və “incadea.cvrm” həllərindən yararlanmaqla istifadəçilər “SQL Server”, “Office 365” və “Windows Azure” texnologiyalarından istifadə etmək imkanlarını əldə edir”, - V. Kovalski əlavə edib.
Seminar iştirakçılarına avtobiznes sahəsində “incadea” şirkətinin “Microsoft”un yeni texnologiyalar üzərində hazırladığı və qısa bir vaxt ərzində qənaətli tətbiqinə zəmanət verən diler müəssisəsinin idarə edilməsi sistemi, avtomobil sahibləri ilə əlaqənin idarə olunması sistemi, biznes-analitika üçün tətbiq, mobil və bu kimi digər həllərin tətbiqinin nümunələri nümayiş olunub.
Eyni zamanda, Microsoft Azerbaijan şirkətinin əməkdaşları avtodilerlər üçün “Office 365” xidməti haqqında ətraflı məlumat veriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05