[ 10 Aprel 2015 16:51 ]


Bakı – APA. Mərakeşdə sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 31 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, hadisə Tan-Tan şəhəri yaxınlığında baş verib.

 

Yük maşını ilə toqquşduqdan sonra avtobus yanmağa başlayıb. Avtobusda gənc atletlər və onların məşqçisi olub. Onlar ölkənin şimalında keçirilən yarışlardan qayıdırlarmış. 

 

Faktla bağlı araşdırma aparılır.