Bakı, 10 aprel, AZƏRTAC
Rusiyaya məxsus “Dalniy Vostok” trulerinin Oxot dənizində qəzaya uğraması nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, indiyə qədər regionun itkin düşmüş sayılan 5 sakini artıq ölmüş hesab olunub. Bu barədə Saxalin vilayətinin sosial müdafiə nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “Dalniy Vostok” balıqçı gəmisi aprelin 2-nə keçən gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 330 kilometr qərbdə və Maqadandan 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub.
Qəzaya uğrayan traulerin sahibi olan “Magellan” kompaniyasının daha bir gəmisi - “Mleçnıy put” hazırda aktiv axtarışları davam etdirir. Bundan başqa, hadisə yerində balıq ovlayan 40-dan çox gəmi də passiv axtarış aparırlar. Aprelin 10-a olan məlumata görə, artıq Oxot dənizinin 40 min kvadratkilometr akvatoriyası həm havadan, həm də dənizdən təhqiq olunub.