Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanlara aid dördüncü tanker olacaq “POET Qabil” bu ilin iyulunda dənizə buraxılacaq.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan ailəsinə məxsus şirkət “Mecid Aslanov” (Mübariz Mənsimovun babası), “Begim Aslanova” (Mübariz Mənsimovun nənəsi) , “Shovket Alekperova” tankerini almışdı.
Virtualaz.org saytının məlumatına görə, gəmi bu il iyulun 1-də dənizə endiriləcək. Şirkətin ortaqları Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgendir.
Gəmi “Palmali” şirkətinin sifarişi və vəsaiti hesabına “Türkter Tersanəsi”ndə inşa edilib. Armada tipli tankerə Azərbaycanın mərhum xalq şairi Qabilin xatirəsinə “Poet Qabil” adı verilib.
Milli.Az