Türkiyədə bir ana 4 yaşlı oğlunu tanımadığı qadınlara tapşırıb, sonra isə yaxınlıqdakı polisə müraciət edərək oğlunun itkin düşdüyünü bildirib. ANS PRESS-in məlumatəna görə, Adanada baş verən bu ağlasığmaz hərəkəti 34 yaşlı Yaşariye Yıldırım edib. Polisin cib telefonlarına göndərdiyi fotoğrafı görən bir taksi sürücüsü sayəsində uşaq tapılınca, qadının hiyləgərliyi ortaya çıxıb.

Məlum olub ki, ananın azdırdığı bu uşaq nikahsız münasibətdən doğulub. Mustafa Kırmızısaç adlı evli və üç uşaq atası ilə nikahsız münasibətə girib uşağı dünyaya gətirən Yaşariye Yıldırım bu yolla sevgilisini cəzalandırmaq istəyib. Mustafa Kırmızısaçın arvadından boşanıb onunla evlənmədiyini görən qadın plan qurub.

4 yaşlı oğlunu başqa məhəllədə yaşayan heç tanımadığı fiziki və əqli qüsurlu 49 yaşlı Fəzilət və onun bacısı 56 yaşlı Merala tapırarıb. "Həyat yoldaşımla qurban kəsməyə gedirik. Uşaq 2 saatlığa sizdə qalsın, gəlib götürəndə sizə ət gətirəcəm", deyərək bacıları aldadıb.

Bundan sonra Hürriyət Polis Mərkəzi Əmirliyinə gedərək uşağının itdiyini və nikahsız yaşadığı Mustafa Kırmızısaçın həyat yoldaşı Fəridə Kırmızısaçın oğlunu qaçırmasından şübhələndiyini iddia edib. "Balamın həyatından narahatam, Fəridə onu çaya atıb öldürə də bilər. Başına bir iş gələrsə, o qadından biləcəm" deyərək, Mustafanın qanuni arvadını hətta uşağını öldürməyə qadir olduğunu da deyib.

Polis Yaşariyə Yıldırımın şikayəti əsasında hərtərəfli hərəkətə keçir. İtkin düşmüş uşağın fotosunu sosial mediada yayır və mobil telefonlara göndərir.

Hiyləgər qadının iddiası ilə üç uşaq anası olan 39 yaşlı Fəridə Kırmızısaç da nəzarətə götürülür. O.Y.-nin çaya atılma ehtimalı irəli sürüldüyündən dalğıclar Seyhan çayında axtarışlara başlayırlar.

Tanımadıqları qadının əmanət olaraq onların evində buraxıb getdiyi uşağa baxan Fəzilət və Meral Şeytan bacıları isə saatlarla ananın gəlməsini gözlədilər. Şeytan bacıları 4 yaşlı uşağın qarnını doyurub, meyvə yedirib baxıcılıq edən zaman böyük qardaşları onları ziyarətə gəlir. Taksi sürücü olan Fuat Şeytan bacılarının evində gördüyü uşağı telefonuna göndərilən uşağın şəklinə oxşadığı diqqətindən yayınmır və polisə xəbər verir.

Polis bacıların "balaca qonaq" adlandırdığı uşağı yuxuda olarkən tapır. Ananın şikayətilə saxlanılan Fəride Kırmızısaçın da hadisə ilə bir əlaqəsi olmadığı anlaşılınca sərbəst buraxılır. Uşağını "itirib" sevgilisinin arvadını şərləyən Yaşariyə Yıldırım polis tərəfindən sorğuya alınıb. 4 yaşlı O.Y isə uşaq evinə yerləşdirilir.
Mənbə
ANS PRESS