Azərbaycan hərbçiləri irimiqyaslı təlimlərin gecə vaxtı döyüş atışı mərhələsini keçirib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlimlərə cəlb edilən birləşmə və hərbi hissə komandirlərinin qəbul etdikləri qərarları, planları və qərargahların fəaliyyəti barədə məruzələrini dinləyiblər.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silahın və döyüş texnikasının gecə fəaliyyətinin hazırlığı ilə bağlı brifinq təqdim olunub.
Təlimin ssenarisinə əsasən gecə şəraitində şərti döyüşdə iştirak edən əsas qüvvələr və himayə bölmələri tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlarını və raket buraxılışlarını, o cümlədən bombalamanı həyata keçiriblər.
İlk dəfə gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib. Təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və döyüş əzmi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, təlimlərdə 15.000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak edib.
Təlimlər sona çatıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18