Türkiyənin paytaxtı Ankarada qarlı və şaxtalı hava şəraiti hökm sürür.

ANS TV-nin məlumatına görə, havanın tempraturu 3-4 dərəcəyə qədər düşüb. Şəhərin şimal bölgəsinə 20 santimetr qar yağıb. Eyni zamanda Antalya və Manisa vilayətlərinə də qar yağıb. Manisada şaxta yerli təsərrüfata ziyan vurub. Antalyada isə bir neçə saat davam edən qar yağışı yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Meteoroqlar Türkiyədə soyuq hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.

Ölkənin şərq vilayətlərində isə, qum fırtınası təsirli olub. Şanlıurfa, Mardin və Elazığ vilayətlərində fırtına fəsadlar törədib. Yollarda görmə məsafəsinin azalması ilə əlaqədar nəqliyyatın hərəkətində ləngimələr olub. Bir neçə yol qovşağında qəzalar baş verib. Lakin, xoşbəxtlikdən, insan itkisi yaşanmayıb.

Qalın toz qatı insanların nəfəs almasına çətinlik törədib. Rəsmilər fırtına sovuşanadək insanalara evdən bayıra çıxmamağı məsləhət görüb.

Mənbə
ANS TV