Xırdalan, 10 aprel, AZƏRTAC
Abşeron rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdlərinin iştirak etdiyi “Koka-Kola məktəbli kuboku” uğrunda furbol turnirinin Xırdalan məktəbləri arasında final oyunu keçirilib. Turnir Abşeron Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, rayon üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən turnirin ilk mərhələsi olan Xırdalan şəhər birinciliyində 10 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar "Pley off" sistemində keçirilib. Turnirdə hər birində 6 nəfər olmaqla 32 komanda (4 qrup - hər qrupda 8 komanda) qalib adı uğrunda yarışıb.
Yekun nəticələrə görə birinci yerə Xırdalan 5 nömrəli məktəbin komandası layiq görülüb. Qalib komanda zona birinciliyində Abşeronu təmsil edəcək.