Xalq artisti Səməd Səmədov toy aparmaqda özünə rəqib görmür
Milli.Az-ın məlumatına görə, "Günə baxan" verilişinin qonağı olan müğənni birinci olduğunu deyib:

“Azərbaycanın bir çox korifeylərinə baxıb bu sənətə gəlmişəm. Xalq artisti adına layiq görülmüş ifaçıyam. 20 ildir “Toylar kralı” statusunu daşıyıram. Şou-biznesdə özümü 25-ci, 30-cu sırada görürəm. Sənət başqadır, məclisi idarə etmək ayrıdır. Mən olan toylarda bir nəfər belə yerində oturmur. Səməd Səmədov olan məclisdə başqa müğənniyə ehtiyac yoxdur. Toy biznesində mən birinciyəm".

Milli.Az