Bakı, 10 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) sahibi olan və qeydiyyata götürülən itlərin peyvəndləmə tədbirlərini davam etdirir.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov məlumat verib.
O deyib ki, cari ilin 3 ayında 196761 itin peyvəndlənməsi həyata keçirilib. Hazırda quduzluq xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər görür.