Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub.
Metbuat.az-ın məlumatına görə, ev sahiblərinin oyunçusu Ruslan Abışovun vurduğu qol ölkə futbolu üçün 11 000-ci qol olub.
1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10 999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10 720, XXIX turdan əvvəl isə 10 992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci qolu yubiley xarakteri daşıyıb.
Qeyd edək ki, ölkə çempionatlarında 10 000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu.