Mərkəzi Bank manatla kreditlərin verilməsinin qadağan olunmasına dair məlumatlara aydınlıq gətirdi
Mərkəzi Bank banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı məsələyə münasibət bildirib. MB-dan Lent.az-a verilən məlumata görə, son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.
“Banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər. Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər".