“Mançester Yunayted”in əfsanəvi ulduzu Rayan Giggs qardaşının yoldaşı ilə 8 il birlikdə yaşadığı ortaya çıxandan sonra üzr istəyib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, R.Giggsin qardaşı arvadı Nataşa ilə 8 il yaşadığı üçün qardaşından üzr istədiyini açıqlanıb.

Əfsanəvi futbolçu 1990-2014 illərdə “Mançester Yunayted”in formasını geyinib. Onun qardaşı arvadı ilə eşq macərası yaşadığı İngiltərədə qalmaqala səbəb olmuşdu. Məsələ ictimailəşəndən 4 il sonra Rayan qardaşını axtarıb və ondan üzr istəmək qərarına gəlib. Bu illər ərzində isə qardaşlar arasında heç bir əlaqə olmayıb.

Milli.Az