Gəncədə “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda beynəlxalq forum işə başlayıb
Gəncə, 10 aprel, Sabir Əliyev, AZƏRTAC
Gəncədə “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda beynəlxalq forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən forumda 150-dən artıq nümayəndə, o cümlədən Avropa Gənclər Forumunun üzvləri, “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsinin, Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan və Rumıniya Gənclər Təşkilatları Milli şuralarının rəhbərləri, eləcə də ARGTMŞ-in əməkdaşları iştirak edirlər.
Forumu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev açaraq, Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini Azərbaycan gənclərinin həyatında əlamətdar hadisə adlandırıb və bu uğuru dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün də uğurla davam etdirilir.
Sonra ARGTMŞ-in sədri Şahin Seyidzadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov çıxış edərək diqqətə çatdırıblar ki, beynəlxalq forumun keçirilməsinin əsas məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.
“Gəncə: Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatından sonra forum işini bölmələrdə davam etdirib.
Forumda iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, görülmüş və görüləcək işlər müzakirə edilib. Həmçinin Avropa Gənclər paytaxtları olmuş ölkələrin nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Aprelin 11-dək davam edəcək forum çərçivəsində iştirakçılar Gəncə şəhərinin görməli yerlərinə ekskursiyalar edəcək, tarixi abidələrlə tanış olacaqlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05