Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ötən il 24,5 milyon ton neft ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinin təmsilçisi Adil Abışov Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı zamanı məlumat verib. O bildirib ki, bu rəqəm Azərbaycanda ötən il ümumi ixrac edilən neftin 70 faizini göstərir.
Qeyd edilib ki, 2014-cü ildə Azərbaycandan ümumilikdə 35 milyon ton neft ixrac olunub. Ötən il ixrac edilən neftin 82 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, 12 faizi Bakı-Supsa, 3 faizi Bakı-Novorossiysk boru kəməri, 3 faizi isə dəmir yolu ilə göndərilib.