Vaşinqton Senatı Azərbaycanı dəstəkləyən qətnamə qəbul edib
Vaşinqton, 10 aprel, AZƏRTAC
ABŞ-ın Vaşinqton ştatının Senatı aprelin 9-da keçirilən plenar iclasında Azərbaycana dəstəyin ifadə olunduğu qətnamə qəbul edib.
Qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Qətnamənin qəbulundan öncə həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən senatorlar çıxış edərək, Azərbaycanı sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə və ABŞ-ın mühüm tərəfdaşı kimi səciyyələndiriblər.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində sıx əməkdaşlıq edirlər. Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək “Cənub” qaz dəhlizinin ən önəmli tərkib hissəsidir.
Qətnamədə qeyd olunur ki, Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, Azərbaycan Vaşinqton ştatında yerləşən Boeing və Microsoft kimi şirkətlərin əsas regional tərəfdaşına çevrilərək, çoxmilyardlıq kontraktlar imzalayıb və bununla da bu ştatda amerikalılar üçün on minlərlə yeni iş yerinin yaranmasına səbəb olub.
Sonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının Vaşinqton Senatı tərəfindən dəstəkləndiyi qeyd olunaraq bildirilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir.
Bu, Vaşinqton qanunverici orqanı tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir. Qətnamənin mətni ilə bu linkdə tanış olmaq olar: http://goo.gl/ghndkH
Qeyd edək ki, Vaşinqtona işgüzar səfəri çərçivəsində baş konsul Nəsimi Ağayev ştatın vitse-qubernatoru Brəd Ouen ilə görüşüb, eləcə də Vaşinqton Nümayəndələr Palatasının hər iki fraksiyasının üzvləri və Ştat Senatının respublikaçılar fraksiyasının üzvləri qarşısında Azərbaycana dair çıxışlar edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33