Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Zidan Ronaldunun onu yaxşı mənada təəccübləndirdiyini bildirib:
"Ronaldunun daha da inkişaf etmək arzusu məni yaxşı mənada təəccübləndirir. Hər mövsüm titullar qazanmasına, çox qol vurmasına baxmayaraq, daha yaxşı olmaq üçün çalışır. Bunu məşqlərdə də nümayiş etdirir. O, həqiqətən də, inanılmazdır".
Qeyd edək ki, "Rayo Valyekano" ilə oyunda 300-cü qolunu vuran Ronaldu klub tarixinin ən məhsuldar üçüncü futbolçusudur.
Milli.Az