Rusiya yığması I Avropa Oyunlarına 360 idmançı ilə gələcək
İndiyədək onların 341-i və ya 94 faizi təsnifat mərhələsini keçə bilib. Daha 19 idmançı isə mayın ortalarınadək lisenziya qazanmalıdır. Məhz bu səbəbdən, heyət gələn ay təsdiqlənəcək. Rusiyanın ən güclü idmançıları Avropa Oyunlarının proqramındakı 20 növün, demək olar ki, hamısında yer alacaqlar. Bakıya olimpiya çempionları, o cümlədən, gimnast Aliyə Mustafina, cüdoçu Mansur İsayev, aparıcı güləşçilər, boksçular, atıcılar və taekvondoçular gələcəklər. Əvəzində beynəlxalq təqvimlə üst-üstə düşməsi səbəbindən kişi və qadınlardan ibarət voleybol yığmaları Azərbaycan paytaxtına ikinci heyət gətirəcəklər. Əsas komandalar isə müvafiq olaraq, Dünya Liqası və Qran Pridə mübarizə aparacaq. Rusiyanın qılıncoynatma üzrə milli komandası da ikinci heyətlə təmsil olunacaq. Bu isə I Avropa Oyunlarından sonra Moskvada dünya çempionatının keçiriləcəyi ilə əlaqədardır.
Ümumilikdə Rusiya nümayəndə heyətinin tərkibi 600 nəfərdən ibarət olacaq. Bura idmançılardan əlavə, məşqçilər, tibbi personal və rəsmi şəxslər daxildir.
OKR-in prezidenti Aleksandr Jukov Rusiya yığmasının Avropa Oyunlarında birinci yer uğrunda mübarizə aparmalı olduğunu bildirib: "Komandamız ən yüksək pillə uğrunda vuruşa bilər və vuruşmalıdır. Hətta çimərlik futbolunda da".
Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda 20 növ üzrə keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Qalatasaray”da Sançes böhranı: gedir?
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35