SOCAR-ın Qobustan Regional Təlim Mərkəzinin 54 müdavimi təlim kursuna cəlb olunub
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsinin Qobustan Regional Təlim Mərkəzinin 54 müdavimi Beynəlxalq Dəniz Təşkilatının (IMO) A.891 saylı qətnaməsinin tələblərinə uyğun olaraq dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində “Stasionar dəniz platformalarının və üzən qazıma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursuna cəlb olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim kursunun nəzəri hissəsi əyani vəsaitlərlə təmin olunmuş sinifdə, praktiki hissəsi isə real dəniz şəraitinə uyğun - süni dalğa, külək, yağış, səs effekti yaradan qurğularla təmin olunmuş hovuz təlim kompleksində və təlim poliqonunda keçirilir. Praktiki məşğələlər zamanı şagirdlər suya hündürlükdən təhlükəsiz tullanmağı, helikopter bucurqadı ilə insanların sudan xilas olunmasını, sudan xilasedici sala daxil olma qaydasını, çevrilmiş xilasedici salın ilkin vəziyyətə gətirilməsini, xilasedici qayıqların suya endirilməsi və sudan qaldırılması qaydalarını, təxliyə olunmanı, əyani olaraq şərti yanğınların söndürülməsini, nəfəs aparatları ilə “Tüstü labirinti”nə daxil olaraq xəsarət alanların axtarışını və təxliyə edilməsini, sahildən 250 metr məsafədə estakadada yerləşən xilasedici bloklar üzərində yerləşən xilasedici qayıqlarla təxliyə olunmanı, əyani olaraq pirotexniki vasitələrin istifadə qaydalarını öyrənirlər.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən təlim kursunu müvəffəqiyyətlə bitirən müdavimlərə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınan sertifikatlar təqdim ediləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25