Xəzərdə itkin düşən balıqçıların qohumları danışdı (VİDEO)
ANS TV-nin məlumatına görə, iki gün əvvəl Xəzər dənizində itkin düşən sumqayıtlı üç balıqçıdan hələ də bir xəbər yoxdur. İtkin düşən balıqçılar Hacı Zeynalabdin Tağıyev qəsəbə sakinləridir. Onlardan ikisi ata Əliyev Azad və oğul Əliyev Mübariz digəri isə qonşuluqda yaşayan Kərimov Pərvizdir.
Qohumlarının dediyinə görə, 62 yaşlı Azad Əliyev illərin balıqçısı olub. 4 oğul atası övladları ilə birgə balıqçılıq edərək dolanırmış. Hadisə baş verən gün, yəni aprelin 7-də balıqçılar havanın sakit olmasından istifadə edərək yenə dənizə çıxıblar.
“Ümid edirik ki, sağdılar, gələcəklər. Onları gözləyirik. Bununla bağlı məlumat da verilmir. Köməklik edən yoxdur”, - deyə oğul Vüsal Əliyev bildirib.
İtkin düşən balıqçıların axtarışları dünən bütün gün davam edib. Axtarışlara havadan helikopterlərlərlə dəstək verilib. Bunun nəticəsi olaraq onların qayıqları dənizin Siyəzən istiqamətində Zarat deyilən ərazidə tapılıb.
Qonşuluqda yaşayan digər balıqçı 29 yaşlı Pərviz Kərimovun da ailəsində hüzn hökm sürür. Oğlunu tək başına böyütdüyünü deyən Qızbəs xanım axtarış işlərindən narazılıq edir:
“Xahiş edirəm aidiyyati qurumlar axtarş işlərini sürətləndirsinlər. Uşağımın meytini axtarıb tapsınlar. Hazırda axtarış işləri istənilən kimi həyata keçirilmir”.
İtkin düşən balıqçıların bütün sənədlərinin qaydasında olduğunu öyrəndik.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Oqtay Bayramov ANS-ə açıqlamasında helikopter əməliyyatlarına ara verilsə də, dənizdəki axtarışların davam etdiyini dedi.
Mənbə
ANS TV: Ayşəm Rüstəmova
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33