Monteneqronun RTCG kanalının ən baxımlı proqramında ilk Avropa Oyunlarından bəhs olunub
Podqoritsa, 9 aprel, AZƏRTAC
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə bu ölkənin Radio və Televiziya kanalının (RTCG) böyük izləyici kütləsinə malik “Sabahınız xeyir” proqramının qonağı olub.
Söhbət zamanı diplomatik əlaqələrimizin tarixindən bəhs edən diplomat bildirib ki, hazırda ikitərəfli və çoxtərəfli münasibətlərimiz yüksək səviyyədədir. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz uğurla inkişaf etməkdədir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti, qarşılıqlı olaraq yüksək səviyyəli səfərlərin təşkili Azərbaycan-Monteneqro tərəfdaşlığına töhfəsini verməkdədir.
Azərbaycanın inkişaf tarixindən danışan S.Mirzəzadə diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir sıra çətinliklərlə üzləşib. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı ölkəmizi mürəkkəb bir vəziyyətə sürükləyib. Lakin Azərbaycan xalqının dözümlülüyü, dövlətimizin uğurlu siyasəti ölkəmizin sürətlə inkişaf etməsinə gətirib çıxardı. Artıq Azərbaycan investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Sərmayə yatırdığımız ölkələrdən biri də Monteneqrodur.
Diplomat “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində Monteneqronun təmsil olunmasının, vətəndaşlarımızın bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiqinin Monteneqroya səfər edən azərbaycanlı turistlərin sayının ildən-ilə artmasına müsbət təsirini göstərəcəyinə əminliyini bildirib.
Cari il Azərbaycanda təşkil ediləcək ilk Avropa Oyunları barədə ətraflı məlumat verən S.Mirzəzadə bildirib ki, digər qitələrin bu formatda yarışları artıq keçirilməkdədir. Lakin Avropanın idman tarixində ilk dəfə belə bir hadisəsinin yaşanması yarışın aktuallığını daha da artırır. Cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet 20 idman növü üzrə mübarizə aparacaq. Yarışın 12 idman növü üzrə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıması onun əhəmiyyətini daha da artırır. Hazırda “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və sürətlə aparılır.
Proqramın aparıcısı Azərbaycanın artıq bir sıra mötəbər tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, şübhəsiz Azərbaycan ilk Avropa Oyunlarının da yüksək səviyyədə təşkilinə nail olacaq.
Proqram zamanı Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, regionları, Bakının görməli yerləri, ilk Avropa Oyunları və ölkəmizlə bağlı digər maraqlı məqamların əks olunduğu videoçarx yayımlanıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33