Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova “Türk dillərinin kompyuter emalı” mövzusunda III Beynəlxalq konfransın beynəlxalq proqram komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfrans oktyabrın 8-dən 10-dək Kazan şəhərində keçiriləcək.