Ukrayna təhlükəsizlik qüvvələri Odessada diversant qrupun üzvləri olmaqda şübhəli bilinən 29 nəfəri saxlayıb.

ANS PRESS-in məlumatına görə, təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalyvayçenko bu barədə prezidentə məlumat verib.

Ukrayna təhlükəsizlik qüvvələri Odessa limanından onlara məxsus olduğu güman edilən qumbara və xəritələr aşkar ediblər. Saxlananlardan ikisi deputata sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

Ukraynanın Təhlükəsialik Xidməti ötən həftə Odessada törədilən silsilə partlayışlarla bağlı 3 şübhəlinin saxlanması barədə məlumat yaymışdı.

Ukrayna hakimiyyəti hesab edir ki, bu partlayışların arxasında Moskva və rusiyapərəst qüvvələr durur.

Faktla bağlı araşdırmalar davam edir.

Mənbə
ANS PRESS