Azərbaycan-Slovakiya əlaqələrinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır
Bakı, 9 aprel, Aidə Quluzadə, AZƏRTAC
Aprelin 9-da Millli Məclis sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Valeh Ələsgərov iki ölkə arasındakı dostluq münasibətlərinin olduğunu məmnunluqla qeyd edib. Bildirib ki, son vaxtlar dünyada gedən proseslər fonunda belə münasibətlərin inkişaf etdirilməsi çox böyük əhəmiyyətə malikdir. Milli Məclis sədrinin müavini qonaqlara Azərbaycanın son 10 ildə keçdiyi sürətli inkişaf yolu haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ən güclü iqtisadiyyata malik olan dövlətdir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli layihələrin müəllifidir.
Sədr müavini ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu problemin hələ də ədalətli həllini tapmadığını deyib. Təəssüf ki, dünya ictimaiyyəti vaxtında bu problemin həlli istiqamətində qətiyyətli addımlar atmayıb.
Valeh Ələsgərov Slovakiya nümayəndə heyətinin bu səfərini əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələyə qədəm qoyulması kimi qiymətləndirib. O, qonaqlara Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə də məlumat verib.
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert qanunverici orqanların yüksək səviyyəli əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafında oynadığı roldan danışıb. Vurğulanıb ki, müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur və bundan faydalanmaq lazımdır.
X X X
Sonra nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
İşçi qrupun rəhbəri Şəmsəddin Hacıyev ölkələrimiz arasındakı tarixi əlaqələrdən danışıb. Qeyd edib ki, xüsusilə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni müstəvidə inkişaf etməyə başlayıb. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıqdan danışan Ş.Hacıyev iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bunun üçün kifayət qədər potensialın olduğunu söyləyib. O, qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişaf etdirilməsində rolunu qeyd edib.
Ş.Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olunması istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Slovakiya parlamentinə təşəkkür edib.
Madey Robert Azərbaycanın sürətli inkişafının yüksək qiymətləndirildiyini söyləyib və ölkələrimiz arasında iqtisadi, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişafı, həmçinin parlamentlərarası münasibətlərin dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33