Ədliyyə Akademiyasında “ASAN xidmət” mərkəzləri əməkdaşları üçün ixtisasartırma kursu keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Respublikamızda ümumbəşəri sosial bəla olan korrupsiyanın qarşısının alınmasına xüsusi önəm verilərək, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə ciddi mübarizə aparılır, vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin tətbiqi daha da genişləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və ölkəmizin brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara dönmədən əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ədliyyə Akademiyası arasında səmərəli əlaqələr qurularaq hüquqşünaslar ixtisasartırma kurslarına cəlb olunurlar.
Bu günlərdə "ASAN xidmət" mərkəzlərində ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən 30 nəfər dövlət qulluqçusu peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədilə Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçiblər. Kursun proqramına uyğun olaraq xidmət əməkdaşlarına qanunvericiliyə və təcrübi əhəmiyyət kəsb edən aktual məsələlərə dair mövzular tədris olunub, korrupsiyaya qarşı mübarizə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının xüsusiyyətləri, notariat hərəkətlərinin aparılmasının əsas qaydaları, notariat təcrübəsində əqdlərin təsdiq edilməsinin ümumi şərtləri, əmək müqaviləsi: bağlanması, dəyişdirilməsi və xitam olunması əsasları və digər mövzulara xüsusi diqqət yetirilib.
Hüquqşünaslar bu bilgilərin onların peşəkarlıqlarının artırılmasına və vətəndaşların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edəcəyini bildiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Tədris tədbirləri silsilə xarakter daşıyır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33