Rusiya prezidenti Vladimir Putinin İrəvana səfər edib-etməyəcəyi dəqiq bilinmir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun ssözlərinə görə, Putinin aprelin 24-də İrəvanda qondarma erməni soyqırımı tədbirlərinə qatılması məsələsi hazırda nəzərdən keçirilir.

O bildirib ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin ildönümünə həsr olunacaq tədbir keçiriləcək və Rusiya burada yüksək səviyyədə təmsil olunacaq.

"Putinin Ermənistana gedib-getməyəcəyi əvvəlki kimi nəzərdən keçirilir. Bu barədə açıqlama verəcəyik”, - deyə Peskov bildirib.
Mənbə
ANS PRESS