Ukraynada kommunizmin və nasizmin təbliğatı qadağan edildi
Paylaş
09 Aprel 2015, 17:32·39 baxış·1 dəq oxu
Ukrayna Ali Radası kommunist və nasist rejimlərin, eləcə də onların rəmzlərinin təbliğatını qadağan edib.
APA-nın “censor.net” saytına istinadən yaydığı xəbərə görə, qanunun lehinə 254 deputat səs verib. Qanunda qadağanın hüquqi əsasları və kommunist-totalitar rejimin Ukraynadakı rəmzlərinin ləğvi qaydası müəyyənləşdirilib.