Bakı. 9 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.
İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili fənnindən həyata keçirilib. Hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılıb.
İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, mütamadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. TQDK-dan o da bildirilib ki, imtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.