İspaniya La Liqasının 30-cu turu çərçivəsində "Rayo Valyekano" ilə oynanılan görüş Kriştiano Ronaldo üçün əlamətdar olub.
Metbuat.az-ın xəbərinə görə, qarşılaşmanın 60-cı dəqiqəsində fərqlənən ulduz futbolçu Madrid klubunun heyətində vurduğu qolların sayını 300-ə çatdırıb.
İndi isə Ronaldonun "Real" forması ilə çıxdığı oyunlarda vurduğu 300 qolun yer aldığı videonu təqdim edirik. Ronaldosevərlər, yaxın oturun.