“Milan”ın azarkeş qruplarından biri klubun satılması ehtimalına qarşı etiraz aksiyası keçirib.
Metbuat.az “Football Italia”ya istinadən xəbər verir ki, fanatlar “Milan”ı xilas edin” yazılan bannerlər açaraq klub rəhbərliyinə etiraz ediblər. Onlar həmçinin digər azarkeşləri də aksiyaya qoşulmağa dəvət ediblər.
Silvio Berluskoninin hazırda klub səhmlərinin satılması ilə bağlı çinli və taylandlı biznesmenlərlə danışıqlar apardığı bildirilir.