Bildiyiniz kimi, Azərbaycan millisinin üzvü Namik Ələsgərov Malta ilə oynanılan görüşdə zədələnərək meydanı tərk etmişdi.
Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Namik Ələsgərov artıq Almaniyada uğurla cərrahiyə əməliyyatı olunub. Bu gündən etibarən fizioterapiya kursuna başlanıb.
Qeyd edək ki, Namik Ələsgərovun bütün müalicə xərcləri AFFA tərəfindən ödənilir.