Fransa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Metbuat.az-ın xəbərinə görə, PSJ “Sent Etyen”lə üz-üzə gəlib. Görüş başdan-sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. Gecəyə PSJ-nın forvardı Zlatan İbrahimoviç damğa vurub. İsveç millisinin üzvü het-trik edərək komandasının qələbəsini böyük pay sahibi olub. “Sent-Etyen”i 4:1 hesabı ilə məğlub edən PSJ finalda “Oser”lə qarşılaşacaq.
PSJ – “Sent-Etyen” – 4:1
Qollar: İbrahimoviç, 21; 81; 90+2, Lavessi, 60 – Amuma, 25