İspaniya La Liqasında 30-cu turun görüşləri davam edir.
Metbuat.az-ın xəbərinə görə, “Real” “Rayo Valyekano”nun qonağı olub. İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə isə kral klubu nəzarəti əlinə keçirib. Kriştiano Ronaldo və Xames Rodriqesin qolları qələbə üçün yetərli olub.
“Rayo Valyekano” – “Real” – 0:2
Qollar: Ronaldo, 60, Rodriqes, 73
30 turdan sonra aktivində 70 xalı olan “Real” lider “Barselona”dan 4 xal geri qalır.