Yaponiyanın JIJI PRESS informasiya agentliyi ilə AZƏRTAC arasında əməkdaşlıq sazişi imzalanacaq
Tokio, 9 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Yaponiyanın JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
İki ölkənin aparıcı agentlikləri arasında sazişin imzalanması barədə razılıq AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun 2012-ci ilin noyabr-dekabrında Yaponiyaya səfəri zamanı JIJI PRESS agentliyinin rəhbərliyi ilə aparılmış müzakirələr zamanı əldə edilib. Ötən dövrdə agentliklərin ekspertləri tərəfindən saziş layihəsi üzərində iş davam etdirilib və hər iki tərəfi qane edən son variant hazırlanıb.
JIJI PRESS agentliyinin icraçı direktoru Sadafumi Taninin Azərbaycana səfəri zamanı imzalanacaq sazişə əsasən tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, agentliklərin saytlarında ölkələrimizdə baş verən hadisələr barədə informasiyaların mütəmadi yerləşdirilməsi nəzərdə tutulur.
Saziş Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılması, ölkəmizin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.
Səfər zamanı S.Tanini müşayiət edəcək agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, JIJI PRESS son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanın milli informasiya agentliyinin fəaliyyətini diqqətlə izləyir və AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır. İmzalanacaq bu saziş, eyni zamanda, Azərbaycan ilə Yaponiya arasında informasiya mübadiləsi sahəsində əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
AZƏRTAC 2010-cu ildən Yaponiyanın daha bir nüfuzlu informasiya agentliyi – Kyodo ilə ikitərəfli saziş əsasında əməkdaşlıq edir. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) büro üzvü və vitse-prezidenti olan AZƏRTAC bu qurum çərçivəsində də Yaponiyanın hər iki agentliyi ilə fəal əlaqələrə malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28