Özbəkistan portalları Azərbaycanın qədim musiqi aləti tar haqqında yazıb
Daşkənd, 9 aprel, AZƏRTAC
Daşkənddəki silkway.uz və uchildiz.uz portalalrında Azərbaycanın qədim musiqi aləti tar haqqında material çap olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rus dilində çap edilən materialda Azərbaycanın tar ifaçılığı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən söz açılıb. Diqqətə çatdırılıb ki, bu Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərdən biridir.
Məqalədə bildirilib ki, orta əsrlərdə Qətran Təbrizi, Əssar Təbrizi, Məhəmməd Füzuli, Qövsi Təbrizi və bir çox digər Azərbaycan şairlərinin əsərlərində, eləcə də miniatürlərdə tarın mövcudluğu öz əksini tapıb.
Azərbaycanda və onun hüdudlarından uzaqlarda istedadlı tarzənlar-Mirzə Sadıq, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Primov, Mirzə Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Həbib Bayramov və başqalarının məşhur olduğu və bugün də istedadlı gənclərin onların yaradıcılıq ənənələrini davam etdirdikləri bildirilir.
Müəllif yazır ki, tar olmadan Azərbaycan peşəkar musiqisi indiki yüksək səviyyəsinə çata bilməzdi. Məhz buna görə də, tar Azərbaycan muğam sənətinin, xalq musiqisinin bütün dünyada məşhur olan əsas alətlərdən biridir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47