Yaponiyanın JIJI PRESS informasiya agentliyi ilə AZƏRTAC arasında əməkdaşlıq sazişi imzalanacaq
Tokio, 9 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Yaponiyanın JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
İki ölkənin aparıcı agentlikləri arasında sazişin imzalanması barədə razılıq AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun 2012-ci ilin noyabr-dekabrında Yaponiyaya səfəri zamanı JIJI PRESS agentliyinin rəhbərliyi ilə aparılmış müzakirələr zamanı əldə edilib. Ötən dövrdə agentliklərin ekspertləri tərəfindən saziş layihəsi üzərində iş davam etdirilib və hər iki tərəfi qane edən son variant hazırlanıb.
JIJI PRESS agentliyinin icraçı direktoru Sadfumi Taninin Azərbaycana səfəri zamanı imzalanacaq sazişə əsasən tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, agentliklərin saytlarında ölkələrimizdə baş verən hadisələr barədə informasiyaların yerləşdirilməsi nəzərdə tutulur.
Saziş Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılması, ölkəmizin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.
Səfər zamanı S.Tanini müşayiət edəcək agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, JIJI PRESS son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanın milli informasiya agentliyinin fəaliyyətini diqqətlə izləyir və AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır. İmzalanacaq bu saziş, eyni zamanda, Azərbaycan ilə Yaponiya arasında informasiya mübadiləsi sahəsində əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33