Almaniya kubokunda ¼ final mərhələsinə yekun vurulub.
Metbuat.az-ın xəbərinə görə, Leverkuzen “Bayer”i “Bavariya”nı qəbul edib. Qonaqlar görüşün favoriti hesab olunurdular. Ancaq 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib. Əlavə edilmiş 30 dəqiqə sonunda da hesab açılmayıb. Belə olan halda, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. “Futbol lotereyası”nda daha şanslı olan Pep Qvardiolanın yetirmələri yarımfinala vəsiqə qazanıblar.
“Bayer” – “Bavariya” – 0:0, 3:5 (pen. seriyası)
“Bavariya”nın yarımfinaldakı rəqibi Dortmund “Borussiya”sı olacaq.